Bakıda kafedə adamöldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda kafedə adamöldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub Cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
11 İyul , 2018 17:07
Bakıda kafedə adamöldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, tərəfindən törədildikdə) maddəsinə tövsif edilib.

Hökmə əsasən, H.Ağayev 9 il, E.Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanlı sonluqla nəticələnib.

Belə ki, həmin məkanda Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Cəbrayıl rayon sakini, 24 yaşlı H.Ağayev və Ağdaş rayon sakini, 23 yaşlı E.Əliyev həmin şəxsi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adamöldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, təqsirləndirilən E.Əliyev dostları arasında "Malış" ləqəbi ilə tanınır.

Son xəbərlər

Orphus sistemi