Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
15 İyun , 2018 15:43
Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib

Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Həsən Ağayev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Lalə Əsədova ifadə verib.

O bildirib ki, "Dəli Kür" kafesini Arif adlı tanışı işlədib: "Mən də ora gəlib, bazarlıq işlərini edirdim. Hadisə günü "Fatoş" söyüş söyə-söyə rəqs edirdi. Kafedə olan Tofiq Mehtiyev də Fatimənin ona söydüyünü başa düşdü. Tofiq ondan bu barədə soruşanda Həsəngil ona yaxınlaşdı. Daha sonra Həsən onu kürəyindən bıçaqla vurdu. Elvin isə həmin zaman əlində bakal ora yaxınlaşdı".

Vəkillərin suallarını cavablandıran şahid bıçağı H.Ağayevin əlində gördüyü söyləyib.

Daha sonra şahid qismində Fatma Abdullayeva dindirilib. O, həmin gün hadisə baş verən kafedə istirahət etdiyini deyib: "Rəqs edən zaman Həsən məni çölə çıxardıb, sillə ilə vurdu. Dedi ki, "səs eləmə". Mən də ona "gücün mənə çatır, kişiliyin varsa, get sözünü ona de" deyib, "102"yə zəng edəcəyimi söylədim. Sonra oradan uzaqlaşdım, bıçaqlanma hadisəsini görməmişəm".

F.Abdullayevanın istintaqa verdiyi ifadəsi elan edilib. O, ilkin dindirilməsində bildirib ki, kafedə baş verən hadisəni pəncədən izləyib, sonra hadisə yerindən taksi ilə uzaqlaşıb.

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb.

Belə ki, həmin məknd Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Cəbrayıl rayon sakini 24 yaşlı H.Ağayev və Ağdaş rayon sakini 23 yaşlı E.Əliyev həmin şəxsi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırldaq ki, təqsirləndirilən E.Əliyev dostları arasında "Malış" ləqəbi ilə tanınır.

Son xəbərlər

Orphus sistemi