Bakıda kafedə 31 yaşlı şəxsi bıçaqlayan tutuldu

Bakıda kafedə 31 yaşlı şəxsi bıçaqlayan tutuldu Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
13 Mart , 2020 10:28
Bakıda kafedə 31 yaşlı şəxsi bıçaqlayan tutuldu
pexels.com

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kefedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi