Yuxarı

Bakıda kafe sahibi öz oğlu ilə müştərini döyüb

Nəticədə müştəri üz nahiyəsindən sınıq xəsarətləri alıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.

Müştəri kimi kafedə əyləşən 47 yaşlı İsgəndərov Raqib İsmayıl oğlu iaşə obyektinin sahibinin oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində müəssisə sahibi və oğlu R.İsgəndərovu döyüb. Nəticədə müştəri üz nahiyəsindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi