Bakıda itkin düşmüş 21 yaşlı gənc tapılıb.
“Report”un xəbərinə görə, hadisə dekabrın 20-də saat 19 radələrində, paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü T.Mikayılova işlədiyi Bakıxanov qəsəbəsində yerləşən mağazadan çıxaraq itkin düşüb.
Daha sonra gənc qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində T.Məlikova tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.