Bakıda itkin düşmüş 82 yaşlı qadın tapılıb

Bakıda itkin düşmüş 82 yaşlı qadın tapılıb Bakı. 25 may. REPORT.AZ/ Bakıda itkin düşmüş 82 yaşlı qadın tapılıb.
Hadisə
25 May , 2018 12:36
Bakıda itkin düşmüş 82 yaşlı qadın tapılıb
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Bakıda itkin düşmüş 82 yaşlı qadın tapılıb.  

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, mayın 23-də Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub. 

Ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.

Məlumat aidiyyəti üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qadın mayın 24-də saat bir radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci Polis Şöbəsinə gətirilib.

Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər. 

Son xəbərlər

Orphus sistemi