Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
24 Fevral , 2020 09:30
Bakıda itkin düşənlər tapıldı
Freepik.com

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-23 tarixlərində 55 cinayətin üstü açılıb. 

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Qəsdən sağlamlığa ağır zərər vurma üzrə 2, adam öldürməyə cəhdə görə 1, narkotiklərlə əlaqəli 17, xuliqanlıq üzrə 8, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi