Bakıda itkin düşən yeniyetmə qız tapılıb

Bakıda itkin düşən yeniyetmə qız tapılıb Bakıda itkin düşən yeniyetmə qız tapılıb.
Hadisə
14 Yanvar , 2020 18:31
Bakıda itkin düşən yeniyetmə qız tapılıb

Bakıda itkin düşən yeniyetmə qız tapılıb. 

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb: "Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb".

Son xəbərlər

Orphus sistemi