Bakıda itkin düşən şəxslər tapıldı

Bakıda itkin düşən şəxslər tapıldı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
25 Fevral , 2020 09:39
Bakıda itkin düşən şəxslər tapıldı
stock.adobe

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də 20 cinayətin üstü açılıb.

Qəsdən adam öldürməyə cəhdə görə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 2 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. 

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi