Bakıda itkin düşən şəxs taplıb

Bakıda itkin düşən şəxs taplıb Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə yanvarın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə müraciət daxil olub.
Hadisə
24 Yanvar , 2019 11:20
Bakıda itkin düşən şəxs taplıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə yanvarın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə müraciət daxil olub. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi