Bakıda itkin düşən gənc tapıldı

Bakıda itkin düşən gənc tapıldı Bakıda itkin düşən 17 yaşlı gənc tapılıb.
Hadisə
6 Fevral , 2020 18:46
Bakıda itkin düşən gənc tapıldı

Bakıda itkin düşən 17 yaşlı gənc tapılıb.

"Report"un xəbərinə görə, hadisə fevralın 3-ü paytaxtın Binəqədi rayon, Ə.Naxçıvani küçəsi, ev 1A, mənzil 80 ünvanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu "20 Yanvar" metro stansiyasının yanına getmək adı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Eminov sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi