Bakıda itkin düşən 2 nəfər tapıldı

Bakıda itkin düşən 2 nəfər tapıldı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
217
7 Mart , 2020 09:40
Bakıda itkin düşən 2 nəfər tapıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-də 34 cinayətin üstü açılıb.

Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Ümumilikdə, 47 cinayətin üstü açılıb.

Son xəbərlər

Orphus sistemi