Bakı. 01 dekabr. REPORT.AZ/ Bakıda itkin düşən 3 nəfər tapılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsi (RPİ) 27-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 26-da itkin düşən Ağstafa rayon sakini, 1993-cü il təvəlüdlü Cəmilə Sultanova tapılaraq ailəsinə təhvil verilib. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə, noyabrın 8-də itkin düşən 1982-ci il təvəllüdlü İxtiyar Hüseynov da tapılaraq ailəsinə təhvil verilib.
Eyni əməliyyatı Binəqədi RPİ 4-cü PB əməkdaşları da həyata keçirib. Nəticəsində avqustun 25-də itkin düşən 1983-cü il təvəllüdlü Oleq Nekrasov tapılaraq ailəsinə təhvil verilib.