Bakıda istixanadan 8 min manatlıq bitki dərmanları oğurlanıb

Bakıda istixanadan 8 min manatlıq bitki dərmanları oğurlanıb Bakıda istixanada oğurluq hadisəsi olub.
Hadisə
2 Oktyabr , 2021 13:41
Bakıda istixanadan 8 min manatlıq bitki dərmanları oğurlanıb

Bakıda istixanada oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsi ərazisindəki istixanaların birindən 8 000 manat dəyərində bitki dərmanları və istilik sisteminin avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakinləri O.Ağayev və R.Bünyadzadə saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi