Bakıda istintaq təcridxanasına daxil olan məhkumun üzərindən heroin tapılıb

Bakıda istintaq təcridxanasına daxil olan məhkumun üzərindən heroin tapılıb Bakı. 19 mart. REPORT.AZ/ Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
19 Mart , 2018 17:18
Bakıda istintaq təcridxanasına daxil olan məhkumun üzərindən heroin tapılıb

Bakı. 19 mart. REPORT.AZ/ Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə “Report”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəzərov Asif Zakir oğlu müəssisəyə daxil olarkən üzərinə və əşyalarına baxış keçirilən zaman corabının içərisində gizlətdiyi 0.328 qram narkotik vasitə - heroin aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi