Yuxarı

Bakıda istədiyi qızı güllələyib, anasını yaralayan gəncin məhkəmə istintaqı başa çatıb

Bakıda istədiyi qızı güllələyib, anasını yaralayan gəncin məhkəmə isti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışa hazır olmadığını bildirərək məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, ötən il may ayının 31-də Sabunçu rayonu, Qılman Salahov küçəsi, 15 ünvanında baş verib. Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib.

Həmçinin o, A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanın əlindən və çiynindən güllələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi