Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib, 1 nəfər xəsarət alıb - FOTO

Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib, 1 nəfər xəsarət alıb - FOTO Qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb
Hadisə
29 İyul , 2017 06:58
Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib, 1 nəfər xəsarət alıb - FOTO
Foto: Report.az

Bakı. 29 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Azadlıq və Vaqif prospektlərinin kəsişməsində qeydə alınıb.

Qəza "Toyota" markalı avtomobil ilə Azadlıq prospektində hərəkətdə olan Məcid Bağırovun işıqforun qırmızı işığına məhəl qoymaması nəticəsində baş verib. Nəticədə "Toyota" Vaqif prospekti ilə hərəkətdə olan Fərhad Baxşıyevin idarə etdiyi "Kia" və Əli Cavadovun idarəetməsində olan "London Taksi"sinə çırpılıb. Baş verən qəza zamanı "Kia" markalı avtomobildə olan qadın sərnişin üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü M.Bağırovun izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi