Bakıda işə düzəltmək adı ilə dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda işə düzəltmək adı ilə dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin edilib
Hadisə
4 Sentyabr , 2017 12:54
Bakıda işə düzəltmək adı ilə dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, H.Rzayev Bakı şəhər sakini Məmməd İbrahimovnın qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd edərək ondan ümumilikdə 50 min manat pul alıb. Lakin sonradan o, vədinə əməl etməyib. Hadisədən bir qədər sonra H.Rzayev dələduzluq etdiyi şəxsin şikayətləri əsasında həbs edilib.

Araşdırma zamanı məlum olub ki, H.Rzayev daha bir nəfər - Bakı şəhər sakini Elmira Nəsirovadan ümumilikdə 14 min 500 manat pul alıb. Bunun qarşılığında isə o, E.Nəsirovanın oğlunu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd edib. Lakin o, həmin vədə də əməl etməyib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

H.Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi