Bakıda işə düzəltmək adı ilə 4 nəfərin 17000 manatını ələ keçirən şəxs saxlanılıb

Bakıda işə düzəltmək adı ilə 4 nəfərin 17000 manatını ələ keçirən şəxs saxlanılıb Bakı. 18 may. REPORT.AZ/ Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildiriblər.
Hadisə
18 May , 2018 12:50
Bakıda işə düzəltmək adı ilə 4 nəfərin 17000 manatını ələ keçirən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildiriblər.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi RPİ-yə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi