Bakıda işdən çıxarılan polis zabitlərindən biri daxili işlər orqanlarına qaytarılıb

Bakıda işdən çıxarılan polis zabitlərindən biri daxili işlər orqanlarına qaytarılıb Polis mayoruna yeni vəzifə verilib
Hadisə
2 May , 2015 12:29
Bakıda işdən çıxarılan polis zabitlərindən biri daxili işlər orqanlarına qaytarılıb

Bakı. 2 may. REPORT.AZ/ Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb. "Report"un məlumatına görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) keçmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev yeni vəzifəyə təyin olunub.

Müvafiq əmrə əsasən, M.Rzayev Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Nizami RPİ 24-cü Polis Bölməsinin iki əməkdaşı işdən çıxarılıb. PB-nin keşmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilmişdi.

Son xəbərlər

Orphus sistemi