​Bakıda iş yoldaşını qətlə yetirən avtobus sürücüsünün məhkəməsi təxirə salınıb

​Bakıda iş yoldaşını qətlə yetirən avtobus sürücüsünün məhkəməsi təxirə salınıb Cinayət işi üzrə dövlət ittihamçısı dəyişdirilib
Hadisə
13 İyul , 2016 11:30
​Bakıda iş yoldaşını qətlə yetirən avtobus sürücüsünün məhkəməsi təxirə salınıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmənin bu gün keçirilməli olan ilkin hazırlıq iclası təxirə salınıb. 

"Report" xəbər verir ki, cinayət işi üzrə dövlət ittihamçısı dəyişdirilib. Buna görə də məhkəmə təxirə salınıb.

Məhkəmənin hazırlıq iclası iyulun 18-də davam etdiriləcək.

Qeyd edək ki, işə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılır. 

Xatırladaq ki, qətl hadisəsi bu il mart ayının 23-də Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı M.Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Z.Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Hadisədən sonra M.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi