Bakıda iş adamına qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın ifadə verib

Bakıda iş adamına qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın ifadə verib Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Yanvar , 2018 16:04
Bakıda iş adamına qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın ifadə verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keşirilən prosesdə ittiham aktı elan edilib.

Elan olunmuş ittiham üzrə hər iki qadın özünü təqsirli bilmədiklərini söyləyiblər.

T.Əkbərli ifadəsində qeyd edib ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınan, tanışı Bəhruz Nağlyevdən pulu sələmə götürüb.

B.Nağlyev isə deyib ki, pulu hər iki qadına iş qurmaq adı ilə verib.

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittihan olunur. Onlar iş adamı Bəhruz Nağıyevin 400 min manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinir.

İttihama görə, T.Əkbərli ilə B.Nağıyevin yaxın tanışlığı olub. T.Əkbərli C.İsmayılova ilə əlbir olaraq B.Nağıyevin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

B.Nağıyevin Salyan rayonunda balıqçılıqla məşğul olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi