Bakıda iranlı şərikini girov götürməkdə təqsirləndirilən gecə klubunun sahibinin həbs müddəti uzadılıb

Bakıda iranlı şərikini girov götürməkdə təqsirləndirilən gecə klubunun sahibinin həbs müddəti uzadılıb Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
23 Noyabr , 2018 16:11
Bakıda iranlı şərikini girov götürməkdə təqsirləndirilən gecə klubunun sahibinin həbs müddəti uzadılıb
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində Bakıda iranlı şərikini döyməkdə və girov götürməkdə təqsirləndirilən gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un xəbərinə görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Dəmirçiyevin həbs müddəti 2 ay artırılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, “Ellips” gecə klubunun sahibi D.Dəmirçiyev şəriki, İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edib və döyüb.

Son xəbərlər

Orphus sistemi