Bakıda qadını şantaj edərək pul tələb edən şəxs tutulub

Bakıda qadını şantaj edərək pul tələb edən şəxs tutulub Elvin Nəbiyev qadınla internet vasitəsi ilə tanış olub
Hadisə
28 Avqust , 2015 13:31
Bakıda qadını şantaj edərək pul tələb edən şəxs tutulub

Bakı. 28 avqust. REPORT.AZ/ Bakıda internet vasitəsi ilə tanış olduğu qadını şantaj edərək pul tələb edən şəxs tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elvin Nəbiyev internet vasitəsi ilə tanış olduğu qadın barəsində rüsvayedici videogörüntülər yayacağı ilə hədələyib, ondan 10 000 manat tələb edərkən tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi