​Bakıda inzibati binada və yaşayış vaqonunda yanğın olub

​Bakıda inzibati binada və yaşayış vaqonunda yanğın olub Yanğınlar ötən gün axşam saatlarında baş verib
Hadisə
5 İyun , 2015 02:43
​Bakıda inzibati binada və yaşayış vaqonunda yanğın olub

Bakı. 05 İyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının iki rayonu ərazisində yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus yaşayış üçün nəzərdə tutulmuş vaqonun yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər hadisə Sabunçuda baş verib. Nəticədə inzibati binanın 3-cü mərtəbəsinin yataq otağında 1 ədəd çarpayı və döşək yanıb. İnzibati bina yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi