​Bakıda intiharın qarşısı alınıb

​Bakıda intiharın qarşısı alınıb FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub
Hadisə
24 Yanvar , 2015 06:01
​Bakıda intiharın qarşısı alınıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 1 nəfər intihar etmək istəyib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilir.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi