Yuxarı
    Bağlamaq

    Bakıda intihara cəhdin qarşısı alınıb

    Vətəndaş çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyib

    Bakı. 31 May. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi baş verib.

    "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunda bir nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar və aidiyyəti qurumlar məlumatlandırılıblar.

    Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi