Bakıda intihara cəhd olub

Bakıda intihara cəhd olub Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə
15 fevral 2021 04:48
Bakıda intihara cəhd olub

Bakıda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi