FHN yataqxananın damında intihara cəhdlə bağlı məlumat yayıb

FHN yataqxananın damında intihara cəhdlə bağlı məlumat yayıb Bakıda intihara cəhd olub.
Hadisə
2 Oktyabr , 2021 19:15
FHN yataqxananın damında intihara cəhdlə bağlı məlumat yayıb

2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar XRXX-nin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.

17:03

Bakıda intihara cəhd olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Belə ki, bir ailənin bir neçə üzvü binanın damına çıxaraq intihar etməyə çalışıb. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşları cəlb edilib və intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi