Bakıda intihara cəhd hadisəsi baş verib

Bakıda intihara cəhd hadisəsi baş verib Bakı. 28 avqust. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.
Hadisə
28 Avqust , 2018 02:13
Bakıda intihara cəhd hadisəsi baş verib

Bakı. 28 avqust. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

“Report” FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi