​Bakıda intihara cəhd hadisəsi baş verib

​Bakıda intihara cəhd hadisəsi baş verib Bir nəfər beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib
Hadisə
1 Noyabr , 2015 21:14
​Bakıda intihara cəhd hadisəsi baş verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəməsi baradə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş FHN-in müvafiq xilasetmə qüvvələri vətəndaşla psixoloji söhbət aparıb və onu fikrindən daşındıraraq intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:19-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi