Bakıda intihar etmiş gənc qızın sevgilisi istintaqa cəlb olunub

Bakıda intihar etmiş gənc qızın sevgilisi istintaqa cəlb olunub O, bir müddət əvvəl boşanıb
Hadisə
684
10 Fevral , 2016 11:23
Bakıda intihar etmiş gənc qızın sevgilisi istintaqa cəlb olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda gənc qızın intihar etməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. “Report”un əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Nigar Vahabovanın sevgilisi olmuş 33 yaşlı B.Ə. istintaqa cəlb edilib. Məlum olub ki, B.Ə. ailəli olub. O, bir müddət əvvəl məhz N.Vahabovaya görə həyat yoldaşından boşanıb.

Bununla yanaşı, o da məlum olub ki, N.Vahabovanın anası onların evlənmələrinə razı olmayıb.

Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsində təhsil alan N.Vahabovanın təhsil haqqını ödəyə bilmədiyi də məlum olub.

Onun sevgilisi ilə bağlı yaranmış durum və maddi problemlərlə bağlı intihar etdiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi