Bakı. 9 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakı şəhəri, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
"Report"
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:51-də başa çatıb.