Bakıda iki yeniyetmə qızı avtomobil vurdu

Bakıda iki yeniyetmə qızı avtomobil vurdu Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1723
1 Avqust , 2020 00:10
Bakıda iki yeniyetmə qızı avtomobil vurdu

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan  və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.