Bakıda iki yanğın hadisəsi qeydə alınıb

Bakıda iki yanğın hadisəsi qeydə alınıb Yanğınsöndürənlər Qaradağ və Xəzər rayonlarına cəlb olunub
Hadisə
20 Yanvar , 2015 04:38
Bakıda iki yanğın hadisəsi qeydə alınıb

BAKI. 20 yanvar. REPORT.AZ/ Bakı şəhərində ötən axşam iki yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan mənzilin hamam otağında divar üzlüyü və arakəsmə divarın taxta konstruksiyaları 1 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və mənzil yanğından mühafizə olunub. Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin Xəzər rayonunda vətəndaşa məxsus evin həyətində tikilən umumi sahəsi 10 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi