Bakıda iki tələbə qızı səhiyyə müəssisəsinə məxsus avtomobil vurub

Bakıda iki tələbə qızı səhiyyə müəssisəsinə məxsus avtomobil vurub Qızlardan birinin vəziyyəti ağırdır
Hadisə
31 May , 2018 07:34
Bakıda iki tələbə qızı səhiyyə müəssisəsinə məxsus avtomobil vurub

Bakı. 31 may. REPORT.AZ/ Bakının Qaradağ rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Şıxlar qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Əkbərli Lalə Təvəkkül qızı və 1993-cü il təvəllüdlü Əlizadə Çinarə Rasim qızı birgə yolu keçərkən onları "Niva" markalı avtomobil vurub.

Yaralılar yaxınlıqdakı poliklinikaya aparılıb. Ç.Əlizadənin vəziyyəti ağır olduğundan o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıblar.

Məlumata görə, qəza 4 saylı Vərəm Əleyhinə Dispanserə məxsus xidməti avtomobilin sürücüsü tərəfindən törədilib.

Yaralıların hər ikisi universitet tələbələridir.

Son xəbərlər

Orphus sistemi