Bakıda iki taksi toqquşub, 1 nəfər xəsarət alıb

Bakıda iki taksi toqquşub, 1 nəfər xəsarət alıb Hadisə Nizami rayonu ərazisində baş verib
Hadisə
9 İyun , 2017 09:04
Bakıda iki taksi toqquşub, 1 nəfər xəsarət alıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Neftçilər metrostansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan "Ford Focus" markalı digər taksi sürücüsünün "Lada Priora"sı ilə toqquşub.

Nəticədə "Ford"da olan sərnişin, 1991-ci il təvəllüdlü Kərimov Kənan Azad oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi