Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var

Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var Hadisə zamanı 1 nəfər öldürülüb
Hadisə
25 Mart , 2018 00:36
Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var

Bakı. 25 mart. REPORT.AZ/ Bakıda iki silahlı qrup arasında atışma olub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb.

Belə ki, iki qrup arasında "Makarov" tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlayıb. Hadisə yerinə prokurorluq orqanının əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi