Bakıda iki şəxs arasında bıçaqlaşma olub, biri ölüb, digəri yaralanıb

Bakıda iki şəxs arasında bıçaqlaşma olub, biri ölüb, digəri yaralanıb Yaralı şəxs polis nəzarəti altında xəstəxanaya yerləşdirilib
Hadisə
16 Oktyabr , 2017 03:35
Bakıda iki şəxs arasında bıçaqlaşma olub, biri ölüb, digəri yaralanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, Mehmandarov, 20 ünvanında 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu onu təhqir edən şəxslə mübahisə edib.

Bu zaman tərəflər bir-birlərinə qarşılıqlı olaraq bıçaq zərbələri endiriblər. İki bıçaq xəsarəti alan V.Həsənov polis nəzarəti altında 3 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi