​Bakıda iki qardaşı qətlə yetirmiş şəxsin məhkəməsi keçirilib

​Bakıda iki qardaşı qətlə yetirmiş şəxsin məhkəməsi keçirilib Zaur Tərlanov Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb
Hadisə
19 Oktyabr , 2015 17:44
​Bakıda iki qardaşı qətlə yetirmiş şəxsin məhkəməsi keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report" xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev çıxış edib.

O bildirib ki, hazırlıq iclasında Z.Tərlanovun talassemiya xəstəsi olduğu və qan azlığından əziyyət çəkdiyi üçün məhkəməyə xüsusi maşınla gətirilməsi barədə qaldırdığı və məhkəmədə təmin olunan vəsatətə xüsusi qurumlar tərəfindən baxılmayıb. O buna görə məktub göndəriləcəyini deyib.

Vəkil Mehman Əliyev yenidən vəsatət qaldırıb. O qeyd edib ki, ibtidai istintaq zamanı ifadə verən 14 nəfər şahidin adı əsas şahidlər olan siyahıya salınmayıb. Vəkil həmin şəxslərin məhkəmə prosesində dindirilməsini istəyib.

Dövlət ittihamçısı və zərərçəkən şəxsin hüquqi varisinin müdafiəçisi Ceyhun Yusifov isə vəsatətin baxılmamış saxlanılmasını istəyib.

M.Əliyevin vəsatəti növbəti məhkəmə iclasında - oktyabrın 26-da baxılacaq.

Xatırladaq ki, bu il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi