Bakı
"Report"un xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.
İttiham aktına əsasən, Ağdam sakinləri - M.Əzimov və R.Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçin Rüstəmovla borc üstündə mübahisə ediblər. Daha sonra ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar.
Hər iki yaralıya xəstəxanada tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar.