Bakı. 5 may.
“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Z.Tərlanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çəxardığı ömürlük həbs cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunub. Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.