Bakıda iki qardaşı öldürdüyünə görə ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət edib

Bakıda iki qardaşı öldürdüyünə görə ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət edib Bakı Apellyasiya Məhkəməsində keçirilən proses qeyri-müəyyən vaxta təxirə salınıb
Hadisə
2 İyul , 2016 10:31
Bakıda iki qardaşı öldürdüyünə görə ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 2 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən və ömürlük həbs cəza alan Zaur Tərlanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin müdafiəçsi məhkəmənin ilkin qərarından kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, ötən il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunub. Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi