Bakıda iki qardaşı bıçaqlayan şəxs tutulub

Bakıda iki qardaşı bıçaqlayan şəxs tutulub Faktla bağlı cinayət işi başlanlıb
Hadisə
5 Sentyabr , 2017 13:00
Bakıda iki qardaşı bıçaqlayan şəxs tutulub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda iki qardaşı bıçaqlayan şəxs tutulub. 

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3-də Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakinləri Ələkbər Quliyev və qardaşı Ziyad kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qonşuları, əvvəllər məhkum olunmuş Cəngi Meybullayev tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi