Bakıda iki qardaşa ümumilikdə 7 bıçaq zərbəsi vurulub

Bakıda iki qardaşa ümumilikdə 7 bıçaq zərbəsi vurulub Hadisə dava zamanı baş verib
Hadisə
15 Fevral , 2018 02:41
Bakıda iki qardaşa ümumilikdə 7 bıçaq zərbəsi vurulub

Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən dava düşüb.

"Report"un xəbərinə görə, Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində iki qardaş - 1999-cu il təvəllüdlü Cəfərli Tural Oktay oğlu və 1993-cü il təvəllüdlü Cəfərli Turan Oktay oğlu naməlum şəraitdə bıçaqlanıb.

Onlar bədənlərin müxtəlif nahiyələrindən 7 kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini öyrənmək üçün yaralıların izahatını alacaq.

Hələlik araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi