Yuxarı

Bakıda iki qardaşa qarşı 245 min dollar və 10 min manatlıq dələduzluq edilib

Faktla bağlı araşdırma aparılır

Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda iki qardaşa qarşı külli miqdarda dələduzluq edilib.

“Report” xəbər verir ki, 35 yaşlı Xəyal Ələddin oğlu Namazov və qardaşı 37 yaşlı Nürəddin Ələddin oğlu Namazov hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2015-ci ilin iyul ayında paytaxt sakini 1987-ci il təvəllüdlü Namiq Bəhlul oğlu Yusifov onları aldadaraq 245 min ABŞ dolları və 10 min manat pullarını alıb və geri qaytarmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi