Bakıda iki qardaş zəhərlənib, onlardan biri ölüb

Bakıda iki qardaş zəhərlənib, onlardan biri ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Oktyabr , 2015 13:58
Bakıda iki qardaş zəhərlənib, onlardan biri ölüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda iki qardaş spirtli içki və psixotrop maddələrin təsirindən zəhərlənib. "Report" xəbər veri ki,, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Bakı şəhəri Nəsimi rayonunun Mərdanov qardaşları küçəsindən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunan Tahir Məmmədov və qardaşı Məmməd spirtli içki və psixotrop maddələrin təsirindən zəhərlənmə ilə xəstəxanaya gətirilib. Tahir Məmmədov xəstəxanada ölüb, Məmməd Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra evə  buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi