Yuxarı
    Bağlamaq

    Bakıda iki qardaş bıçaqlanıb

    Faktla bağlı araşdırmalar davam etdirilir

    Bakı. 8 avqust. REPORT.AZ/ Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. 

    "Report" xəbər verir ki, rayonun D.Bünyadzadə küçəsi ev 12 ünvanın qarşısında Ümüd adlı və diqər iki nəfər naməlum şəxs orada yaşayanlar - 1992-ci il təvəllüdlü Abdulla Bağırovu və qardaşı, 1996-ci il təvəllüdlü Qadir Bağırovu döyərək bıçaqla bədənin müxtəlif nahiyələrinə xəsarət yetiriblər. Nəticədə iki qardaş kəsilmiş-deşilmiş yaraları ilə Kliniki Tıbbi Mərkəzinə daxıl olublar. 

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Elmar Quluzadə tutulub. 

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi