Bakıda iki piyadanı maşın vuraraq öldürüb

Bakıda iki piyadanı maşın vuraraq öldürüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
13 İyul , 2016 13:03
Bakıda iki piyadanı maşın vuraraq öldürüb

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda iki piyadanı maşın vuraraq öldürüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də saat 21 radələrində Qaradağ rayonu ərazisində İmişli rayon sakini Vüsal Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rüstəm Zahidovu vurub. Xəstəxanaya yerləşdirilən R.Zahidov orada ölüb.  

Digər hadisə isə Sabunçu rayonu ərazisində baş verib. Rayonun Balaxanı qəsəbəsində Bakı şəhər sakini Elman Quliyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə yolu keçən digər paytaxt sakini Ağabəy İsmayılovu vurub. Nəticədə A.İsmayılov hadisə yerində ölüb. 

Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi və Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi