Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü həbs olunub

Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü həbs olunub Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
12 Yanvar , 2015 16:11
Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü həbs olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakının Qaradağ rayonunda iki nəfərin ölümünə səbəb olan sürücü həbs olunub.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda xatırladılıb ki, yanvarın 9-da saat 09 radələrində Yasin Çərkəz oğlu Cabbarov idarə etdiyi “Nexia” markalı 25-BE-270 dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu ərazisində, Bakı-Salyan yolunun 14-cü km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında quraşdırılmış dəmir yolayrıcına vurub, nəticədə avtomaşında olan sərnişinlər Altay Elman oğlu Sadıqov və Yasəmən Talıb qızı Hacıyeva aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin Həcər Faiq qızı Bayramova isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Y.Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi